Bazar, 19 May

Evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA 

image

“Uzun illərdir ki, evlərin və torpağın qiyməti artmağa davam edir. Əmlak bazarında qiymətlər artan xətt üzrədir. Tələbatın artması qiymətlərə də öz təsirini göstərir”.

Bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. 

Ekspert onu da bildirib ki, azad olunmuş ərazilər yaşayış üçün tam hazır vəziyyətə gətiriləndən sonra oraya ciddi axın olacaq. Bu isə qiymətlərə müsbət təsir göstərəcək: 

“Bakıya gələnlər əsasən tələbələr və bölgələrdən işləmək üçün üz tutanlardır. Azad edilmiş ərazilərdə quruculuq işləri sürətlə davam edir. Tikinti işləri bitəndən sonra düşünürəm ki, bazarda qiymət artımının da qarşısı alına bilər. Azad edilmiş ərazilərdə tikinti sürətlə getsə, Bakıda qiymətlərdə hətta enmələr də müşahidə oluna bilər”. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41