Şənbə, 18 May

İsrail Qəzzada məsuliyyəti öz üzərinə götürəcək

image

İsrail döyüşlər bitdikdən sonra Qəzza zolağında təhlükəsizliyi təmin edəcək.

Xəbər verilir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın anklavı işğal etməmək çağırışlarını şərh edərkən deyib.

“İsrail qeyri-müəyyən müddətə ümumi təhlükəsizlik məsuliyyətini öz üzərinə götürəcək, çünki bunu etmədikdə nə baş verdiyini görmüşük. Təhlükəsizliyə cavabdeh olmadığımız zaman HƏMAS terroru təsəvvür edə bilməyəcəyimiz miqyasda artdı”, - o bildirib.

Baş nazir bütün girovlar azad edilənə qədər atəşkəsi istisna edib, lakin kiçik taktiki fasilələrin mümkünlüyün bildirib.

Onun sözlərinə görə, İsrail ordusu humanitar yüklərin daşınması və ya insanların çıxarılması üçün döyüşləri artıq dayandırıb:

“Lakin ümumi atəşkəs girovların azad edilməsi səylərinə mane olacaq, çünki HƏMAS-a yalnız hərbi təzyiq təsir edir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41