Bazar, 03 Dekabr

DƏHŞƏT! Ata qızına təcavüz etdi, bacısı videoya çəkdi 

image

Türkiyədə 6-16 yaş aralığında olan 5 qızına qarşı cinsi istismar edən 43 yaşlı ata həbs edilib. 

Xəbər verilir ki, hadisə Ərzurumda qeydə alınıb.

Belə ki, kənddə fermerlik edən Ş.K 5 qızını uzun illər cinsi istismar edib. Hadisə 2021-ci ildə 16 yaşlı qızının polisə məlumat verməsi ilə üzə çıxıb.

Atası barəsində şikayət verən qız 9 il boyunca cinsi istismara uğradığını, bacılarının da istismarına şahidlik etdiyini deyib.

İddialara görə saxlanılan ata istintaq çərçivəsində həbs edilib. Qızların ifadələrini dəyişdikdən sonra 2022-ci ilin martında sərbəst buraxılan Ş.K. evə qayıtdıqdan sonra hərəkətlərinə davam edib.

16 yaşlı qız bu dəfə atasının çirkin əməllərini videoya çəkib.

Ərzurum 1-ci Ağır Cəza Məhkəməsində həbsdə olan Ş.K.ya “Uşağa qarşı ağırlaşdırılmış cinsi istismar” iddiası ilə 160 il həbs istənilib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Lukaşenko Çinə gedir

  • 03.12.2023 - 13:50
image

Rüfət Muradlı saxlanıldı

  • 02.12.2023 - 15:26
image

Bakı metrosunda ÖLÜM

  • 29.11.2023 - 14:16