Çərşənbə, 17 İyul

Azərbaycanda kartofun qiyməti ucuzlaşacaq? - AÇIQLAMA

image

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 31 milyon dollarlıq 71 min ton kartof ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4 milyon dollar və ya 9 % azdır. Hesabat dövründə kartof ixracı ölkənin ümumi ixracının 0,11 %-ni təşkil edib.

Ehtimallara görə, ixracın azalması, fermerlərimizin istehsal etdikləri kartofun yerli bazarlara daha çox çıxarılmasına şərait yarada bilər.

Belə olan halda, təklifin artmasının qiymətlərin ucuzlaşmasına gətirib çıxaracağını gözləyənlər də az deyil.

Mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı ekspert Akif Nəsirli isə ixracın azalmasını məhsuldarlığın aşağı olması ilə əlaqələndirib:

“Hazırda yerli kartofun qiyməti nisbətən bahadır. Bu baxımdan da ölkəyə kartof idxalının həcminin artacağı gözlənilir. Artıq indidən bazarlarda Belarus və İran məhsullarının satışı başlayıb. Bir müddət sonra Pakistan kartofu da bazara daxil olacaq. Bu da təbii haldır, çünki bazar dövlət tərəfindən tənzimlənmir. Bazar tələb-təklif təsirləri altında nizamlanır. Yəni, daxildə istehsal azalan zaman xaricdən idxal artır və ixracat aşağı düşür”.

Onun sözlərinə görə, əsas ixrac faraş kartofun üzərinə düşür:

“Belə ki, illik ixracat ümumi götürülür və əsasən aprel-may aylarından başlayır. Bu da ölkəmizdə havaların xoş, yəni isti keçməsi ilə bağlıdır. Bəllidir ki, belə havada kartof tez yetişir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15