Bazar ertəsi, 24 İyun

Bakıda ev yandı, xəsarət alan var

image

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Xəbər verilir ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus fərdi yaşayış evində baş vermiş yanğının genişlənərək bitişik evlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, habelə bitişik evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 88m² olan birmərtəbəli üçotaqlı evin bir otağı və mətbəxinin yanar konstruksiyaları 30m² sahədə, dam örtüyü 20m² sahədə və ona bitişik ümumi sahəsi 100m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün taxta atmaları 2m² sahədə yanıb.

Evlərin böyük hissəsi və bitişik evlər yanğından mühafizə edilib.

Yanğın zamanı bir nəfər vətəndaş xəsarət alıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39