Cümə axşamı, 16 May

Zelenski: “5-6 sui-qəsd cəhdindən sağ çıxmışam”

image

“Mən 5-6 sui-qəsd cəhdindən sağ çıxmışam”. 

Xəbər verilir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin ona sui-qəsd təşkil etməsi iddiasından bəhs edərkən deyib.

“Birinci sui-qəsd çox maraqlı idi. Sonra COVID kimi asan oldu”, - V.Zelenski vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və Çin birlikdə Rusiyanın Ukrayna ərazisindən çıxmasına dair çağırış etməyənədək bu ölkə hücumlarını davam etdirəcək.

Ukrayna Prezidenti əlavə edib ki, HƏMAS-İsrail müharibəsi diqqəti Ukraynadan yayındırıb: “Ola bilsin, Kreml bu şəraitdən istifadə edib, Balkanlarda problem yaratmağa çalışacaq”. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58