Bu ölkədə 7,5 bal gücündə zəlzələ oldu
Bu ölkədə 7,5 bal gücündə zəlzələ oldu
Filippin sahillərində 7,5 bal gücündə zəlzələ baş verib.
Xəbər verilir ki, yeraltı təkanların episentri əhalisi 10,6 min nəfər olan Taqbin bələdiyyəsindən 19 km şimal-şərqdə olub.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, zəlzələnin ocağı 63 km dərinlikdə yerləşib. ABŞ sunami xəbərdarlığı sistemi sunami təhlükəsi barədə xəbərdarlıq edib.
Aftafa.tv