Bazar ertəsi, 20 May

Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib

image

Ukrayna Rusiya ordusunun səhər saatlarında paytaxt Kiyevə ballistik raketlərlə hücuma keçdiyini açıqlayıb.

Xəbər verilir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Rusiya bu gecə “Şahed” pilotsuz uçuş aparatları (PUA) ilə, səhər saatlarında isə ballistik raketlərlə Ukrayna ərazisinə hücum edib.

Açıqlamada, ümumilikdə 18 Rusiya PUA-nın aşkar edildiyi, əksəriyyətinin Mikolayiv bölgəsində olduğu və bütün PUA-ların məhv edildiyi bildirilib.

 

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41