Şənbə, 18 May

Bakıda kirayə mənzil tapmaq niyə çətinləşir?

image

Bakıda mənzillərin kirayə qiymətləri adətən avqust-sentyabr aylarında bahalaşır. Tələbələrin kütləvi şəkildə paytaxta üz tutması mənzillərə tələbatı artırır.

Bəs sonrakı dövrdə qiymətlər niyə enmir?

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev hesab edir ki, kirayə mənzillərin bahalaşması köhnə binaların sökülməsi ilə bağlıdır:

“Paytaxt ərazisində kirayə qalmaq üçün ucuz mənzillər daha çox mərkəzə yaxın ərazilərdə yerləşən fərdi yaşayış evlərindən ibarət massivlərdə olurdu. Həmin ərazilər də mütəmadi olaraq sökülür və yeni tikili binalarla əvəzlənir. Bu səbəbdən artıq paytaxt Bakıda ucuz qiymətə kirayə mənzillər tapmaq çətinləşib”.

Ekspert qeyd edib ki, yeni binalarda kirayə qiymətləri köhnələrlə müqayisədə iki dəfə çoxdur. Söküntü prosesi sürətləndikcə qiymətlər daha da artacaq.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41