Çində güclü zəlzələ oldu - Ölənlər var (YENİLƏNİB)
Çində güclü zəlzələ oldu - Ölənlər var (YENİLƏNİB)
Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 8 nəfər ölüb.
Xəbər verilir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Pekin vaxtı ilə gecə yarısı baş verən zəlzələnin maqnitudası 6,2 bal olub. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
*** 20:17
Çində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Xəbər verilir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 3 milyon insanın yaşadığı Lançjou şəhərindən (Qansu əyaləti) 101 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Aftafa.tv