Şənbə, 18 May

ATƏT Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatdır

image

ATƏT Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələr barədə gələn təkrar məlumatlardan narahatdır.

Verilən məlumata görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, İsveç Xarici işlər naziri Ann Linde "Twitter" səhifəsində yazıb.

O bildirib: “Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələr barədə təkrar gələn məlumatlar bizi narahat edir. Bütün həll olunmamış məsələlər sülh yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. ATƏT əlverişli dialoq atmosferi yaratmaq üçün kömək göstərməyə və etimadın möhkəmləndirilməsi tədbirləri görməyə hazırdır”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41