Cümə axşamı, 16 May

Bir ildə adını, ata adını və soyadını dəyişənlər - STATİSTİKA

image

Ötən il adını, ata adını və soyadını dəyişənlərin statistikası açıqlanıb.

Ədliyyə Nazirliyindən sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələlərlə bağlı ümumilikdə 46 345 müraciət daxil olub.

“2023-cü il ərzində qeydiyyat orqanlarında 2 492 vətəndaş adını, ata adını və soyadını dəyişdirib.

Müraciət edən 43 862 nəfərin isə soyad sonluğunun dəyişdirilməsi dövlət qeydiyyatına alınıb”, – rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00