Bazar, 19 May

Əməkdar artist VƏFAT ETDİ

image

Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva vəfat edib.

Bu barədə onun sənət yoldaşları məlumat yayıblar.

Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub Azərbaycan Dövlət Texnologiya İnstitutunu bitirib. Sara Qədimova, Əbülfət Əliyev kimi ustad sənətkarlardan fərdi muğam dərsləri alıb. İlk müəllimi Rəhilə Həsənova olub.

Onu peşəkar səhnəyə mərhum Xalq artisti İslam Rzayev gətirib.

Əvvəl "Lalə qızlar anasmblının", sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.

Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdı.

Daha sonra fərdi çıxış edən Zöhrə xanım xalq və bəstəkar mahnıları, muğamlar ifa edirdi.
Dünyanın bir çox yerlərində Azərbaycan musiqisin tərənnüm edib. 1985-ci ildə “İstedadlar axtarılır” konsert müsabiqəsinin laureatı olub – 1-ci yeri tutub.
2000-ci ildə Bağdadda “Babil festivalı”nın diplomuna laiq görülüb.

Zöhrə Abdullayeva 16 yaşında ailə həyatı qurmuşdur. Bir oğlu vardı, iki nəvəsi dünyaya gəlib.

Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanmış və səhhətində problemlər yaranmışdı.

Zöhrə xanım bu yaxınlarda xəstəxanaya yerləşdirilmişdi.

Allah rəhmət eləsin...

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41