Cümə axşamı, 16 May

Putinlə müsahibə nə vaxt yayımlanacaq? - Tarix bilindi

image

Amerikalı jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə müsahibəsi Moskva fevralın 8-dən 9-na keçən gecə yayımlanacaq.

Xəbər verilir ki, bu barədə Karlson X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada "xüsusi hərbi əməliyyatı"na başlamasından təxminən 2 il sonra “amerikalıların çoxu vəziyyətdən xəbərsizdirlər, onların bu regionda baş verənlərlə bağlı real təsəvvürləri yoxdur”.

O qeyd edib ki, müsahibəyə baxandan sonra hər kəsin Rusiya və Ukraynada baş verənlərə öz baxış bucağını formalaşdıra biləcəyinə inandığından tamaşaçıya hər hansı ideya tətbiq etmək niyyətində deyil.

Karlson bildirib ki, o, dəfələrlə Ukrayna prezidenti Vladimir Zelenski ilə müsahibə istəyib:

"Ümid edirəm ki, o, razılaşar".

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00