Bazar, 19 May

Azərbaycanda dördüncü sinif şagirdini maşın vurub - DİN-dən açıqlama + YENİLƏNİB

image

Şirvan şəhərində orta məktəb şagirdini maşın vurub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirib ki, bu gün saat 12 radələrində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ramiz Tahirov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən məktəbli, 2015-ci il təvəllüdlü azyaşlını vurub.

Azyaşlı hadisə nəticəsində yüngül xəsarətlər alıb.

Faktla bağlı araşdırmalar aparılır.

14:16

Şirvan şəhərində orta məktəb şagirdini maşın vurub.

Xəbər verilir ki, hadisə səhər saatlarında Şirvan şəhər 10 saylı tam orta məktəbin qarşısında baş verib.

Həmin məktəbin 4-cü sinif şagirdi, 2015-ci il təvəllüdlü S.P.-ni dərsdən çıxan zaman yolu keçərkən maşın vurub.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41