Cümə, 17 May

Peskovun oğlu ilə türkiyəli biznesmenin qurduğu şirkət haqda – ŞOK FAKTLAR

image

Prezident Putinin mətbuat katibi Dmitri Peskovun  birinci nigahdan olan oğlu Nikolay Peskov türkiyəli biznesmen Şirin Quliyevlə birlikdə “Vekon İnşaat” şirkətinin sahibi olub. Şirkət taxta və inşaat materiallarının ticarəti ilə məşğul olur.

Xəbər verilir ki, “Vekon İnşaat” bu ilin mart ayında Türk iş adamı Cem Erbaxış tərəfindən təsis edilib. Amma şirkətin yüz faizlik sahibi cəmi bir ay keçdikdən sonra Marina Borisovna Zaxarova olub. Peskov isə 27 may tarixində şirkətin səhmlərinin 33 faizinə yiyələnib.

Qeyd edək ki, Cem Erbaxış 1990-cı illərdə Bakıda neft-kimya sənayesində çalışıb, Azərbaycan və Rusiyanın hökumətlərarası əlaqələri sayəsində Türkiyənin inşaat işlərində milyardlıq layihələrin podratçısı qismində çıxış edib.

Şirkətin digər ortağı Şirin Quliyevin şəxsiyyəti isə daha çox maraq cəlb edir. Belə ki, Quliyev Ağalarovlar ailəsinə məxsus “Crocus SC” ilə birlikdə “Crocus Expo Logistic” şirkətinin həmtəsisçisidir.

Bütün bunlar Türkiyə və Rusiya arasında maraqların toqquşmadığını və ya hərbi qarşıdurmanın olmayacağını deməyə əsas verir. Çünki münasibətlərin qurulmasında bu qədər böyük çəkili insanlar iştirak edir və üç ölkənin elit şəxsləri arasında dostluq münasibətləri mövcuddur. Belaruslular və ermənilər nədənsə ötrü yalvarana qədər, real işlər və biznes layihələr həyata keçirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58