Cümə axşamı, 16 May

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub? - Statistika

image

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 418 nəfər müalicə olunaraq sağalıb, 4 926 nəfər vəfat edib. 3 944 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 834, bu günə qədər isə ümumilikdə 3 532 472 test icra olunub.

Son gündə koronavirus əleyhinə 54 379 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 876, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 503 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 367 094, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 452 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 914 320 təşkil edir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00