Cümə, 17 May

Belarusiyalı fəal məhkəmə zalında intihara cəhd etdi

image

Minskli məhbus Stepan Latıpov məhkəmə zalında qələmi boğazına soxub. Bu barədə məlumatı Vesna insan haqları mərkəzi verib.

Qeyd edək ki, Stepan Latıpov xüsusilə böyük məbləğdə dələduzluqda, ictimai asayişin pozulmasında və polisə müqavimət göstərməkdə ittiham olunur.

Hadisə zamanı nəzarətçilər müttəhimlər qəfəsini dərhal aça bilməyiblər, çünki həmin vaxt qəfəsin açarı onlarda olmayıb. Nəticədə müttəhim huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

O Belarus paytaxtında “Dəyişiklik meydanı” kimi tanınan məhəllənin fəalıdır. 2020-ci ilin prezident seçkisindən sonrakı nümayişlərin fəal iştirakçısı olub.

Latıpov 2020-ci ilin sentyabrında meydanda çəkilmiş plakatın hüquq mühafizə orqanları tərəfindən boyanmasına etiraz etdiyi üçün həbs olunub.

O, saxlandıqdan sonra Belarus dövlət telekanalı fəalın ölkəyə kimyəvi maddələrin gətirilməsini təşkil etdiyini iddia edən videosüjet nümayiş etdirmişdi. İddialara görə, Latıpov bu maddələrlə milis əməkdaşlarını zəhərləməyi planlaşdırırmış.

İyunun 1-də keçirilən məhkəmə dinləməsində Latıpov bildirib ki, onu 51 gün ərzində “press-xatada” saxlayıblar. Xatırladaq ki, Belarus həbsxanalarında məhbus üçün başqa məhbusların iştirakı ilə dözülməz şəraitin yaradıldığı xüsusi kameralar belə adlanır.

Latıpov məhkəmə zalında atasına müraciətlə deyib ki, onunla görüşdən sonra müstəntiq onun kamerasına gəlib. Fəalın dediyinə görə, müstəntiq ona xəbərdarlıq edib ki, təqsirini etiraf etməsə, onun bütün qohumlarına və hətta qonşularına cinayət işi açılacaq.

Latıpov bunu dedikdən sonra mühafizəçilərin əlləri ona çatmasın deyə skamyanın üstünə qalxıb və əlindəki qələmi boğazına soxub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41