Cümə, 17 May

Çox yaşamaq istəyiriniszə bunları yeyin

image

Uzun və sağlam ömür sürmək üçün emal olunmuş qidalardan uzaq durmaq vacibdir. Mütəxəssislərin fikrincə orqanizmi cavanlaşdıran qidalar da var.

Sözügedən qidaları təqdim edirik:

Tərəvəz

Brokoli, ağ kələm və Brüssel kələmi qocalmanı yavaşlatmaqda və xərçəngdən qorunmaqda ən təsirli vasitə olur. Boşqabınızın 3/4 hissəsi tərəvəzlə doldurulmalıdır.

Tünd yarpaqlı göyərti

Belə tərəvəzlər tərkibindəki fol turşusu sayəsində xərçəng, diabet və digər xəstəliklərdən qoruyacaq.

Yağlı balıq

Zülal və omeqa-3 ilə zəngindir. Həftədə iki dəfə qızılbalıq yeyin.

Təmiz zeytun yağı

Ürək xəstəlikləri, neyrodegenerativ xəstəliklər, tənəffüs xəstəlikləri və xərçəngdən ölüm ehtimalını azaltmaq üçün bu yağdan gündə yalnız yarım çay qaşığı istehlak etmək lazımdır.

Meyvələr

Şəkəri az və antioksidantları yüksək olanları yeyin.

Fermentasiya olunmuş qidalar

Kambu çayı
Qoz-fındıq

Onlar ilk növbədə ürək üçün faydalıdırlar.

Qatıq

Tez-tez istehlak edilərsə, stressi aradan qaldırmağa, sakitləşdirməyə və yuxunu yaxşılaşdırmağa kömək edəcəkdir.

Tünd şokolad 

Tərkibində 75% və ya daha çox kakao olan birini yeyin.

Paxlalılar

Onlar qan şəkərinin səviyyəsini normallaşdırmağa, xolesterolu azaltmağa və kolon xərçəngi riskini azaltmağa kömək edəcəklər.

Pomidor

Onların tərkibində likopen, antioksidanlar və C vitamini var.

Qeyd edək ki, xəbər materiallarını həkim resepti ilə eyniləşdirmək olmaz. Qərar vermədən əvvəl bir mütəxəssislə məsləhətləşin.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58