Şənbə, 18 May

Rus ordusu zavodu ələ keçirdi, atəş altına düşdü

image

Rusiya ordusu Novopavlovsk istiqamətində Krasnoqorovkanın mərkəzindəki zavodda istehkamı ələ keçirib.

Xəbər verilir ki, bu barədə “Xortitsa” əməliyyat-strateji qoşun qrupunun nümayəndəsi Nazar Voloşin məlumat verib.

Şəhərin ruslar tərəfindən işğal edildiyini təkzib edən Voloşin zavoddakı istehkamlara daxil olan düşmənin atəş altında olduğunu qeyd edib.

Voloşin bildirib ki, ruslar kiçik qruplarla şəhərə hücum cəhdlərindən əl çəkmir, lakin ukraynalı müdafiəçilər rusların şəhərə daxil olmaq üçün bütün cəhdlərini artilleriya və minaatanlardan atəşə tutaraq məhv edirlər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41