Bazar, 19 May

ABŞ İrandan və Tehran Vaşinqtondan nə istəyib? - İddia

image

Amerika İrandan Misirin Qəzzada atəşkəs təklifdini və Livanın cənubunda İsraillə "Hizbullah" arasında vəziyyəti sakitləşdirmək planını dəstəkləməsini istəyib.

Xəbər verilir ki, bunu Küveytin “Əl-Cəridə” qəzeti iddia edib.

Bundan başqa, ABŞ İrandan əvvəlki nüvə sazişinə qayıtmağı xahiş edib. Sazişə əsasən, Tehran uranın zənginləşdirilməsini 3,67 faiz həddində saxlamalıdır.

“Əl-Cəridə”nin iddiasına görə, Vaşinqton Tehrandan Qırmızı dənizdəki hücumları dayandırmaq üçün vəkillərinə təzyiq göstərməsini də xahiş edib.

Küveyt qəzeti dolayı ünsiyyət zamanı Tehranın da ABŞ-a istəklərini çatdırdığını qeyd edib: regionda istənilən gərginliyin azaldılması üçün Amerikanın İsrailə qeyri-məhdud dəstəyinin dayandırılması və Təl-Əvivi cilovlamaq üçün tədbirlərin görülməsi.

"Əl-Cəridə" yazıb: “İranlılar Qəzzada müharibənin dayandırılması ilə bağlı razılaşmanı və fələstinlilərin razılaşdığı istənilən razılaşmanı dəstəkləyirlər və Cənubi Livan məsələsində də belədir”.

İran Amerikaya xəbərdarlıq edib ki, əgər İsrail Livanın cənubuna hücum etmək istəsə, İsrailin hücumunu dəf etmək üçün hər şeyi edəcək. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41