Şənbə, 18 May

Böyük Britaniya kraliçasına qarşı daha bir irqçilik ittihamı - qaradərililərə sarayda yer yoxdur

image

Böyük Britaniya kraliçası II Elizabet ölkədə irqi ayrı-seçkiliyə qarşı qəbul olunan qanunlardan yayınmaqda suçlanır.

Xəbər verilir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Verilən informasiyaya əsasən, Krallıq evi son 40 il ərzində insanların işə qəbul olunması zamanı onların rənginə ciddi şəkildə fikir verib. Qəzet aydınlaşdırıb ki, 1968-ci ildə Bukinqem sarayında, ümumiyyətlə, “rəngli immiqrant və əcnəbilərin” xidmətindən istifadə edilməyib. Onlar idarə və ya dəftərxana işlərinə də buraxılmayıblar. Etnik və irqi azlıqların nümayəndələrinə sadəcə xidmətçi olaraq çalışmalarına icazə verilib.

“The Guardian” bununla bağlı Bukinqem sarayına yönəltdiyi suallara cavab ala bilmədiyini qeyd edib. Krallıq ailəsinin üzvləri sadəcə 1990-cı illərdə etnik azlıqların işə alınmağa başladığını söyləməklə kifayətləniblər.

Böyük Britaniyada hələ 2010-cu ildə irqi ayrı seçkiliyə qarşı “Bərabərlik haqqında” qanun qəbul olunub. Lakin maraqlıdır ki, Krallıq sarayı həmin qanunun icrasından azad edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41