Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik
Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıb.
Xəbər verilir , Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Sənəd 2024-cü il martın 1-də Bakı şəhərində imzalanıb.
Aftafa.tv