Bazar, 19 May

Putin vəzifəsinin icrasına başladı

image

Bu gün Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçiriləcək.

Xəbər verilir ki, Rusiya Konstitusiyasına əsasən, mərasim saat 12:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.

Prezidentin andiçmə mərasiminin təxminən bir saat davam edəcəyi gözlənilir. Həmin andan Putinin yeni altı illik prezidentlik müddəti başlayacaq.

Böyük Kreml Sarayında keçiriləcək andiçmə mərasimi yerli telekanallar tərəfindən canlı yayımlanacaq.

Qeyd edək ki, bu, Putinin siyasi karyerasında 5-ci andiçmə mərasimi olacaq.

Xatırladaq ki, 2024-cü ilin 15-17 mart tarixlərində Rusiyada keçirilmiş prezident seçkilərində MSK Vladimir Putinin 87.28 faizlə qalib gəldiyini açıqlayıb.

***

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb. 

Mərasim Böyük Kreml Sarayında keçirilir.

***

Vladimir Putin rəsmi olaraq altı illik müddətə Rusiya Prezidenti kimi vəzifəsinin icrasına başlayıb.

Bu barədə Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41