Bazar, 19 May

Hoteldə viskidən zəhərlənib ölən dostlarla bağlı... - FOTO-YENİLƏNİB

image

Xəbər verdiyimiz kimi, mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində 2 nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdıma aparılır.

Əldə etdiyimiz məlumata görə, ölənlərdən biri olan Orxan Əmirovun özündən başqa bir qardaşı da var. Belə ki, Orxan ailəli  olub, bir oğlu var.

Həmçinin 1998-ci il təvəllüldü Kənan Mustafayev də ailəli olub. Həyat yoldaşı hamilə imiş. Onların hər biri Qaradağ rayon Lökbatan qəsəbəsi sakinləri idilər.

**** 14:57

Mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində 2 nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdıma aparılır.

Bu barədə Baş Prokurorluqdan bildirilib. 

Hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.

***

14:11

Xəbər verdiyimiz kimi, Bakıda hoteldə 2 nəfər zəhərlənərək ölüb.

Əldə etdiyimiz məlumata görə, Kənan və Orxan adlı şəxslər hoteldə içdiyi viskidən zəhərlənərək dünyasını dəyişiblər.

***

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.

Xəbər verilir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41