Bazar ertəsi, 24 İyun

Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı

image

Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxsin (PHŞ) baş direktoru Saleh Novruzi vəzifəsindən azad edilib.

Xəbər verilir ki, bu barədə nazir Teymur Musayev müvafiq əmr imzalayıb. Nazirin müvafiq əmri ilə “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ-nin baş direktor vəzifəsi müvəqqəti olaraq Samir Akif oğlu Musayevə həvalə edilib.

Qeyd edək ki, Baş Prokurorluğun Əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar. İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Hər üç şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

12 nəfəri gün vurub

  • 20.06.2024 - 12:25
image

Sabunçuda qaz olmayacaq

  • 20.06.2024 - 09:40