Köşk sahibini bıçaqlayan azərbaycanlı oteldə tutuldu
Köşk sahibini bıçaqlayan azərbaycanlı oteldə tutuldu
Türkiyədə cinayət törədən azərbaycanlı saxlanılıb.
Xəbər verilir ki, hadisə Antalya şəhərinin Alanya qəsəbəsində baş verib. Burada azərbaycanlı 35 yaşlı B.İ. ilə köşk sahibi arasında münaqişə yaşanıb. Münaqişə zamanı B.İ. qarşı tərəfi bıçaqlayaraq, qaçıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində B.İ. qaldığı oteldə saxlanılaraq, istintaqa cəlb olunub. O, məhkəmə qərarı ilə həbs olunaraq, cəzaçəkmə müəssisəsinə göndərilib.
Aftafa.tv