Cümə, 17 May

Lukaşenko fəxri doktor adından məhrum edilir

image

Belarus Prezidenti Aleksandr Lukaşenko Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən fəxri elmlər doktoru adı verilmiş 107 nəfər arasında bu addan məhrum ediləcək ilk şəxs ola bilər.

Xəbər verilir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Bundan əvvəl heç kim məhrum edilməyib, heç belə bir prosedur da olmayıb, fəxri doktor adının geri alınmasına dair təlimat da yazılmayıb”, - deyə agentlik universitetin kommunikasiya mərkəzindən sitat gətirir.

Qeyd olunur ki, universitetin rektoru Vladimir Buqrov “Ryanair” təyyarəsinin Minskə məcburi enməsi ilə əlaqədar universitet elmi şurasını Lukaşenkonun fəxri elmlər doktoru statusundan məhrum edilməsi məsələsini təcili olaraq nəzərdən keçirməyə çağırıb.

Elmi Şura Lukaşenkonun fəxri adından məhrum edilməsi məsələsinə 7 iyun tarixində baxacaq.

Mayın 23-də “Ryanair” təyyarəsi Afinadan Vilnüsə uçarkən Minskə təcili eniş edib. Belarus səlahiyyətlilərinin verdiyi məlumata görə, buna göyərtədə bomba olması barədə məlumat səbəb olub.

Belarusda ekstremist kimi tanınan NEXTA Telegram-kanalının qurucusu Roman Protaseviç təyyarədə idi. O, yerə endikdən sonra saxlanılıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58