Bazar ertəsi, 24 İyun

Hande Erçel sevgilisi ilə xeyriyyə tədbirində - FOTO

image

Fransada 77-ci Kann kino festivalı davam edir.

Xəbər verilir ki, festival çərçivəsində ənənəvi “amfAR” xeyriyyə tədbiri baş tutub.

Tədbirdə iştirak edənlər arasında türkiyəli aktrisa Hande Erçel də olub. O, mərasimə biznesmen sevgilisi Hakan Sabancı ilə qatılıb.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə mediası 2024-cü ilin yazında aktrisa ilə biznesmenin toyunun olacağı barədə yazırdı. Lakin cütlük bu barədə heç bir açıqlama verməyib.

Qeyd edək ki, H. Sabancı Türkiyənin ən zəngin ailələrindən birinin varisidir. Onların ailə sərvəti 1 milyard dollardan çox məbləğdə qiymətləndirilir. Sabancı indiyədək müğənni Hadisə, aktrisalar Merve Boluğur və Cansu Melis Karakuş, həmçinin model Didem Soydanla sevgili olub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

12 nəfəri gün vurub

  • 20.06.2024 - 12:25
image

Sabunçuda qaz olmayacaq

  • 20.06.2024 - 09:40