Bazar ertəsi, 24 İyun

Əyləncə parkında güclü yanğın - 20 ÖLÜ

image

Hindistanın Qucarat əyalətində əyləncə parkında baş verən yanğın nəticəsində  20 nəfər həyatını itirib.

Xəbər verilir ki, polisin verdiyi açıqlamada, Rajkot şəhərindəki əyləncə parkında yanğının baş verib. 

Açıqlamada yanğının baş vermə səbəbinin hələ müəyyən edilmədiyi, ilkin məlumata görə, 20 nəfərin həyatını itirdiyi bildirilib.

Açıqlamada daha çox insan tələfatının ola biləcəyi və xilasetmə işlərinin davam etdirildiyi qeyd olunub.  

Hindistanın baş naziri Narendra Modi "X" sosial media hesabından verdiyi açıqlamada yerli hökumətin yanğından zərər çəkənlərə yardım etdiyini və çox təəssüfləndiyini bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

12 nəfəri gün vurub

  • 20.06.2024 - 12:25
image

Sabunçuda qaz olmayacaq

  • 20.06.2024 - 09:40