Bazar ertəsi, 24 İyun

Bakıda 4400 manatlıq lotereya biletləri oğurlandı

image

Bakının Nizami rayonunda avtomobillərdən birindən içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çanta oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, bu barədə zərərçəkən Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib. Keçirilən tədbirlər zamanı hadisəni törətməkdə şübhəli bilinən 42 yaşlı Fərid Əliyev saxlanılıb. 

Araşdırmalar davam etdirilir. F.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

12 nəfəri gün vurub

  • 20.06.2024 - 12:25
image

Sabunçuda qaz olmayacaq

  • 20.06.2024 - 09:40