Bazar ertəsi, 24 İyun

Narkotik çəkən sürücü həbs olundu

image

Hacıqabulda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Elçin Abdullayevin narkotik vasitə qəbul etdiyi də məlum olub.

E.Abdullayev barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Hacıqabulda polis əməkdaşları may ayı ərzində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən ümumilikdə 5 sürücünü müəyyən ediblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

12 nəfəri gün vurub

  • 20.06.2024 - 12:25
image

Sabunçuda qaz olmayacaq

  • 20.06.2024 - 09:40