Bazar ertəsi, 24 İyun

Azərbaycandan Həcc ziyarətinə ilk uçuş bu tarixdə olacaq

image

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb.

Xəbər verilir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, ötən gün 1500 kvota yeri dolub:

"İyunun 4-də Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş olacaq, sonuncu isə iyunun 10-da nəzərdə tutulub. Zəvvarlar bəzi günlər bir, bəzi günlər isə iki təyyarə ilə yola salınacaq".

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb.

Xatırladaq ki, Həcc ziyarəti Qurban bayramı ərəfəsində olur. Bu il Qurban bayramı iyunun 16-17-si olacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

12 nəfəri gün vurub

  • 20.06.2024 - 12:25
image

Sabunçuda qaz olmayacaq

  • 20.06.2024 - 09:40