Bazar ertəsi, 20 May

Uşaq həbsxanasında dəhşətli hadisə - ÖLƏNLƏR VAR

image

Misir paytaxtının Marj rayonunda yetkinlik yaşına çatmayanlar üçün həbsxanada baş vermiş yanğın nəticəsində azı 6 uşağın həyatını itirdiyi bildirilir.

Xəbər verilir ki, Misir Penitensiar Xidmətinin məlumatında 20-dən çox azyaşlı məhkumun da yaralandığı qeyd olunub. İnsidentin uşaqlar arasında dava-dalaşdan sonra baş verdiyini bildirən rəsmi mənbə prokurorluq tərəfindən təhqiqat aparıldığını əlavə edib. İlkin versiya olaraq, yanğının elektrik naqilində qısa qapanma nəticəsinə baş verdiyi qeyd olunub.

Misirin rəsmi “Əxbar Əl-Yom” qəzetinin yazdığına görə, yanğın zamanı qaçaraq xilas olmaq istəyən uşaqların qarşısını həbsxana nəzarətçiləri alıblar. Uşaq penitensiar müəssisəsində yanğın təhlükəsizliyinin standartlara cavab verməməsi də ağır faciəyə səbəb olub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41