Bazar ertəsi, 24 İyun

İrəvanda vəziyyət getdikcə gərginləşir - Küçələrdə çadırlar qurulacaq

image

İrəvanda nümayişçilər çadırlar tikməyə, Baqramyan prospektini bağlamağa hazırlaşır.

Xəbər verilir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən nümayişçilərin bir qrupu xalqa müraciətində deyib.

“Biz burada qalacaq, maşınlarımızda gecələyəcək, lazım gələrsə, çadırlar quracağıq. Polis Dəmirçyan küçəsini bağlayıb, biz isə Baqramyan prospektini bağlayacağıq”, – deyə “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarına müraciət edib.

Bundan əvvəl Qalstanyan vətəndaşları iyunun 10-da kütləvi etiraz aksiyalarına toplaşmağa çağırıb. O qeyd edib ki, itaətsizlik aksiyası dörd gün fasiləsiz davam etməlidir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

12 nəfəri gün vurub

  • 20.06.2024 - 12:25
image

Sabunçuda qaz olmayacaq

  • 20.06.2024 - 09:40