Bazar ertəsi, 24 İyun

Ukrayna döyüş təyyarəsi ilk dəfə Rusiya daxilində hədəfə zərbələr endirib

image

Ukrayna döyüş təyyarəsi ilk dəfə Rusiya daxilində hədəfə zərbələr endirib.

Xəbər verilir ki, bu barədə Britaniyanın nüfuzlu “Sky News” agentliyi Ukrayna hərbi mənbələrinə istinadla bildirib. Mənbə bazar günü Rusiyanın qərbində yerləşən Belqorod bölgəsində Rusiya komanda məntəqəsinin vurulduğunu qeyd edib. Belqorod Ukraynanın şimal-şərq sərhədinə yaxın yerləşir.

Hücumda hansı növ sursatdan istifadə olunduğu, o cümlədən onun Qərb silahı olub-olmadığı dəqiqləşdirilməyib.

Qeyd edək ki, ABŞ və Fransa bu yaxınlarda bildiriblər ki, Ukrayna silahlı qüvvələrinə Rusiya daxilindəki hərbi obyektlərə zərbələr endirmək üçün silahdan istifadə etməyə icazə verilib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri daha öncə pilotsuz uçuş aparatları ilə Rusiyaya hücumlar etmişdi. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

12 nəfəri gün vurub

  • 20.06.2024 - 12:25
image

Sabunçuda qaz olmayacaq

  • 20.06.2024 - 09:40