Bazar, 19 May

Tiflisdə leysan, zəlzələ - Evə ildırım düşdü

image

Tiflisin Sanzona qəsəbəsində evə ildırım düşüb.

Xəbər verilir ki, nəticədə evin dam örtüyü yanıb, bəzi evlərə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.

Sonra güclü leysan yağıb. Küçə və prospektlərdə avtomobillərin hərəkətində problemlər yaranıb. Bəzi evlərin birinci mərtəbələri və zirzəmiləri su ilə dolub.

Bundan bir qədər sonra Tiflis yaxınlığında zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 20:15-də Ninoçminda şəhərindən 25 kilometr aralıda Sameba kəndi ərazisində, 3 bal gücündə olub.

Ölkənin digər bölgələrində də leysan yağışları fəsadlar törədib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41