Bazar ertəsi, 20 May

Aleksandr Ata vəfat edib

image

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Xəbər verilir ki, Aleksandr Atanın Azərbaycanda dini konfessiyalar arasında münasibətlərin inkişafına yönəlik çox böyük xidmətləri olub. Hər zaman hörmətlə xatırlanacaq.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub.

O, Moskva Teoloji Akademiyasını bitirib. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb.

1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. Aleksandr İşeinin 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41