Şənbə, 18 May

Qarabağda döyüşən livanlı muzdlu terrorçu 20 il azadlıqdan məhrum edilib - YENİLƏNİB - VİDEO

image

Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Verilən məlumata görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, o cəzanın ilk 5 ilini həbsxanada, digər hissəsini ilə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, prokuror çıxışında məhkəmədən Eulcekcian Viken Abrahamın 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41