Cümə, 17 May

“Ailəli deyiləm, rəsmi nikah yoxdur” - Damla

image

Müğənni Damla ikinci dəfə ailə qurması haqqında yayılan xəbərlərə münasibət bildirib.

Xəbər verilir ki, “Dəyişən cavab” verilişində qonaq olan müğənni yenidən ailə qurmasını şayiə adlandırıb: "Mən ailəli deyiləm, rəsmi nikah yoxdur. Ailə həyatı qurmamışam. Bu qədər tamaşaçının gözünün içinə baxa-baxa necə deyə bilərəm ki, mən ailə qurmuşam, rəsmi nikaha girmişəm, əlimdə evlilik şəhadətnaməsi var?! Ailə qursaydım, niyə gizlədirdim, evlilik ayıb bir şey deyil ki... Evləndikdə bəyan edirsən ki, ailə qurmusan".

Müğənni "Ailə qurmaq təklif edilsə, qəbul edərsiniz?" sualına isə belə cavab verib: "Ağ gəlinlik geyinib, təmtəraqlı toy etmək, ziyafət təşkil edib, ikinci bahar yaşayacaq havada deyiləm. Çünki oğlumun 14 yaşı var. Allah qismətimə yazıbsa, olacaq".

Qeyd edək ki, bir müddət əvvəl Damlanın prodüseri Şamillə ikinci dəfə ailə həyatı qurması haqda məlumat yayılmışdı.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41