Bazar, 19 May

Serbiya Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır

image

Serbiya şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa-tikinti prosesində iştirak etməyə hazırdır.

Bunu müsahibəsində Serbiya Respublikasının Azərbaycandakı yeni səfiri Draqan Vladisavlyeviç bildirib. Onun sözlərinə görə, Serbiya şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirməkdə maraqlıdır.

“Serbiya şirkətləri Azərbaycan bazarında varlıqlarını əhəmiyyətli dərəcədə artırmağa hazırdır və belə istəkləri var. Buna görə önümüzdəki dövrdə səfirliyimiz ölkələrimizin şirkətləri arasında işgüzar əlaqələrin qurulması, onların potensialının müəyyən edilməsi istiqamətində iş aparacaq, sonra bunlar praktikada tam həyata keçiriləcək. Serbiya Respublikası demək olar ki, bütün sahələrdə - dünya səviyyəli xidmətlər göstərən şirkətləri ilə həqiqətən fəxr edə və bu xidmətləri çox uyğun qiymətlərlə təklif edə bilər”, - deyə səfir vurğulayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41