Rusiyalı müğənni MakSim komadadır
Rusiyalı müğənni MakSim komadadır
Rusiyalı müğənni Marina Maksimova (MakSim) süni komadadır.
Xəbər verilir ki, bunu müğənninin nümayəndəsi bildirib. MakSimin koronavirus testləri mənfi olub:
“O, süni komadadır, dərmanın təsirindən yuxuya gedib. Koronavirus testləri hələlik mənfi nəticə göstərir, sətəlcəm diaqnozu qoyulub. Ancaq həkim koronavirusdan şübhələnir”.
Xatırladaq ki, məşhur müğənni bir neçə gün əvvəl ağciyərlərin 40 faiz zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Aftafa.tv