Cümə axşamı, 16 May

Komitə sədrindən AZAL-a müraciət - Qiymətlər aşağı salınsın

image

Deputat Qənirə Paşayeva Milli Məclisdəki çıxışında Türkiyə Prezidentinin Şuşa səfəri, Azərbaycan Prezidenti ilə görüşü, Müttəfiqlik Bəyannaməsi imzalamasından bəhs etdikdən sonra iki ölkə arasında qarşılıqlı səfərlərlə bağlı çağırış edib.

Xəbər verilir ki, Milli Məclisin komitə sədri Türkiyədən Azərbaycana gəlmək istəyən minlərlə qardaş ölkə vətəndaşlarının vaxtaşırı onları narahat edən məsələni qaldırdıqlarını xatırladıb.

Qənirə Paşayeva deyib ki, Türkiyəyə uçuşlarla bağlı hər gün çoxlu sayda müraciətlər alırlar: “Yazırlar ki, biz Türkiyədən dünya ölkələrinə aşağı qiymətlə uçuruq, Azərbaycana biletlərin qiyməti niyə bu qədər bahadır?
Azərbaycandan da insanlarımız Türkiyəyə yalnız turist səfərləri etmirlər, təhsil almağa, müalicə olunmağa gedənlərimiz var. Biz xahiş edirik, bu qiymətlərə baxılsın. Bu qiymətlər sadəcə turizm üçün önəmli deyil. Ona görə də mən buradan AZAL-a və müvafiq qurumlara çağırış edirəm, qiymətlərə baxılsın və bu çağırışlar nəzərə alınsın”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00