Bazar ertəsi, 20 May

Azərbaycanda dördüncü dalğa olmayacaq

image

Bir çoxları pandemiyada dördüncü dalğanın olacağı ilə bağlı xəbərdarlıq edilər. Heç bir dördüncü dalğa olmayacaq. Belə məlumatlarla insanları stressə salmayın.

Bu fikirləri açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda pandemiyanın dördüncü dalğası gözlənilmir:

“Azərbaycanda cəmi bir epidemik alovlanma olub. Bizdə karantin sərtləşdiriləndə yoluxma azalıb, yumşaldılanda isə artıb. Bu dalğa deyil. Dalğa odur ki, eyni karantin şərtlərində yoluxma sayı artıb-azalsın. Dördüncü dalğa proqnozu verənlər biraz düşünsün. Pandemiya bitər-bitməz əksər insanlarda psixi-nevroloji problemlər ciddi şəkildə artmaqdadır. Yenidən insanları stressə salmaq olmaz. Bu, ciddi fəsadlar yarada bilər. Nə olacaqsa, olacaq. Situasiyaya uyğun davranılmalıdır”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41