Bazar ertəsi, 20 May

Kanadada son 5 gündə azı 486 nəfər anomal istidən ölüb

image

Kandanın qərbindəki Britaniya Kolumbiyası əyalətində azı 500-ə yaxın insanın qeyri-adi istinin qurbanı olduğu güman edilir.

Xəbər verilir ki, bu barədə yerli polisə istinadən CBC telekanalı bildirib.

Məlumata görə, polis son beş gün ərzində Vankuver, Barnabi və Surrey şəhərlərində vətəndaşların 486 qəfil ölümünü qeydə alıb. Bu insanların ölümünün havanın qeyri-adi yüksək hərarəti ilə bağlı olduğu güman olunur. Ölənlərin çoxu təqaüdçülərdir.

Yerli meteobüronun məlumatına görə, Litton şəhərində çərşənbə axşamı mütləq temperatur maksimumu qeydə alınıb. Havanın hərarəti rekord 49,5 dərəcəyə qalxıb. Britaniya Kolumbiyasında əvvəlki rekord 1941-ci ildə qeydə alınıb və 44,4 dərəcə təşkil edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41