Cümə axşamı, 25 Aprel

İcra başçısının 3 milyon manatlıq maşın qarajı - Mehman Hüseynovdan növbəti ARAŞDIRMA

image

Blogger Mehman Hüseynov öz sosial şəbəkə hesablarında məmurlarla bağlı yeni araşdırmasını paylaşıb. Bloggerin bu dəfəki hədəfi isə Sabunçu rayon İcra başçısı Adil Vəliyev olub. Sözügedən araşdırmanı təqdim edirik.

Hökümət deyir ki, metrodur, Azəriqazdır, Azərişıqdır, Azərsudur və bütün bu kimi dövlət qurumları ziyana işləyir ona görə qazın, işığın, suyun qiymətini qaldırırıq. YAŞAT Fondunda pul qurtarır, ona görə də imkan varsa kasıb camaat 10 manatdan atışıb fonda pul köçürsün. Şəhidlırimiz üçün, qazilərimiz üçün canımız da qurban. Amma ki, sual yaranır, dövlət büdcəsində bəyəm pul yoxdur? Niyə ərzaq, işıq, dərman, qaz, benzin, avtobus və metro gediş haqqı günü gündən qalxmalıdır? Dövlət büdcəsini bəlkə kimlərsə talayır və buna göz yumulur? 

Bu dəfə korrupsioner oğru qonağımız nə nazir, nə nazir muavini, nə aparat rəhbəri, nə deputatı, nə komitə rəhbəridir. Bu dəfəki qonağımız 1000 manat rəsmi maaş alan, bir daha təkrar edirəm aylıq 1000-cə manat maaş alan Sabunçu rayon İcra başçısı Adil Vəliyevdir. 

"İcra başçısıdır daa, ə onun nəyi olacaq, ay Mehman", deyib keçməyin. Bu icra başçısı dövlət büdcəsini, Azərbaycan xalqına məxsus olan sərvəti dədə malı kimi talayıb. Şəxsən icra başçısı Adil Vəliyevə və onun ailə üzvlərinə məxsus olan bahalı maşınlarını tapıb sizlərə təqdim edirik. Vəliyevlər ailəsinin xüsusi bir xəstəliyi var. Ailə üzvləri “PORSCHE” markalı maşınların xəstələridi və 0,7,8 rəqəmlərin onların ürəyində xüsusi yeri var. Dəlixanadı e.

Adil Vəliyev 2012-ci ildən icra başçısıdır. 9 il ərzində icra başçısı ola-ola milyonlar oğurlayıb, ailə üzvlərinə dəbdəbəli həyat qurub və təsəvvür edin, 9 il ərzində heç bir hüquq muhafizə orqanı bu icra başçısı hansı hoqqalardan çıxdığını görməyib...

Sabunçu rayon icra başçısı Adil Vəliyevə məxsus olan maşınlar:

Xidməti maşın AUDİ A8 (10-AA-818)

Adil Vəliyevin şəxsi maşını Porsche Panamera Turbo (10-AA-078). Qiyməti 200.000 AZN

Sabunçu rayon icra başçısı Adil Vəliyevin oğlu Ənvər Vəliyevin maşın qarajı

2014-cü ildə oğlu Ənvər qiyməti 250.000 AZN olan “PORSCHE 911Turbo S” markalı maşın sürürdü. Ona məxsus olan 10-YY-078 dövlət qeydiyyat nömrəsi ilə. Fikir verin (078)

2015-ci ildə oğlu maşınını dəyişir, və qiyməti 150.000 AZN olan “PORSCHE 911” markall maşın sürür. Ona məxsus olan yeni 10-AL-078 dövlət nömrəsi ilə. (0.7.8 rəqəmləri dəyişmir)

2018-ci ildə oğlu Ənvər özünə 450.000 AZN (yarım milyonluq) Ferrari Berlinetta alır. Yeni maşının yeni nömrəsi var - 10-FF-078. (0.7.8 onun ürəyində xüsusi yeri var)

2021-ci ildə biz icra başçısının oğlunu Bakıya təzə gətirilmiş, qiyməti 500.000 AZN olan FERRARi Berlinetta F12-də görürük. Və bu dəfə də yeni maşın yeni nömrə ilə 10-OO-078.

Gördüyünüz kimi, İcra başçısının oğlu Ənvər hələ biz araşdırıb ortaya çıxartdığımız bu illər ərzində özünə 4 müxtəlif maşın alıb. Təkcə oğlu maşınlara xərclədiyi pul 1.350.000 (bir milyon üç yüz əlli min) manat edir və üstəgəl atasının 200.000 AZN-lik PORSCHE markalı şəxsi maşın. Ümumi 1.550.000 (bir milyon yarım) manat edir.

Bəs Sabunçu rayon icra başçısı Adil Vəliyevin ailəsinə məxsus olan diqər maşınlardan nə xəbər var? Araşdırmışıq Ailəsinə məxsus olan 90-HH-900 dövlət nömrəsi bir neçə maşının üstündə olub.

2014-cü ildə icra başçısının ailəsinə məxsus olan nömrəli (90-HH-900) qiyməti 200.000 AZN olan PORSCHE Panamera Turbo markalı maşının üstündə olub.

2016-cı ildə icra başçısının ailə üzvləri artıq özlərinə yeni maşın almışdılar. Onlara məxsus olan nömrəli (90-HH-900) qiyməti 400.000 AZN olan PORCHE Cayenne Mansory markalı maşının üstündə olub.

 Və nəhayət 2017-ci ildə icra başçısının ailə üzvlərini biz yeni maşında görürük. Onlara məxsus olan nömrəli (90-HH-900) qiyməti 360.000 AZN olan PORSCHE Cayenne Turbo markalı maşının üstündə olur.

Deməli Vəliyevin ailə üzvləri 3 il ərzində 3 ədəd yeni maşına 1.000.000 ( bir milyona yaxın) manat xərcləyiblər. Ata, oğul və ailə üzvlərinə məxsus olan maşın qarajının qiyməti 2.550.000 (iki milyon yarım) manat edir. Təsəvvür edirsiz? Cibinizə baxın görün hazırda neçə manatınız var?

Ay Azərbaycan xalqı, indi başa düşürsüz qiymətlər günü gündən niyə bahalaşır? Adicə kasıb bir rayonun, Sabunçu rayon icra başçısı Adil Vəliyev öz maşın qarajına milyonlar xərcləyir, hər il ailə üzvləri özlərinə yeni maşın alır. Və dəhşətlisi bilirsiz nədi, bu milyonlarla dəyəri olan maşınları icra başçısının aldığı 1000 manat maaşla alıblar.

Ortada olan korrupsiyanı, cinayəti, dövlət büdcəsindən oğurlanan pulları mən görürəm Baş Prokurorluq görmür? Niyə onun əlinə qandal vurub, həbs etmirlər? Niyə bu harınlanmış məmurları cəzalandırıb, onlara qeyri qanuni olaraq  məxsus olan maşınları mülklərini əllərindən alıb  YAŞAT fonduna köçürmürsüz? Niyə bu harınlanmışlara görə sadə, kasıb xalq əziyyət çəkməlidir? Niyə dövlət büdcəsini onlar talamalıdır amma pul qurtaranda xalqın cibindən yığmalısız?

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33