Cümə axşamı, 16 May

Amerikada Rusiya ilə müharibə vəziyyətində qurban sayı hesablanıb

image

Amerikada Rusiya ilə müharibə vəziyyətində qurban sayı hesablanıb. 
 
Aftafa.tv Rusiya mediasına istinadən xəbər verir ki, belə bir araşdırma Prinston Universitetinin əməkdaşları tərəfindən aparılıb.
 
Tədqiqat zamanı nüvə qüvvələrinin bütün real mövqeləri, hədəfləri, müxtəlif obyektlərin yeri, vurulacaq ərazilərin əhalisi  və s. təsvir edilib. Nəticədə mütəxəssislər ilk saatlarda qurban sayının 90 milyon insana çatacağını hesablayıb.
 
Layihə müəllifləri eksperimentin məqsədinin ABŞ və Rusiya Federasiyası arasında nüvə müharibəsi baş verəcəyi təqdirdə nəticələrin nə qədər fəlakətli olacağını göstərmək olduğunu bildiriblər. Bu minvalla Prinston Universitetinin tədqiqatçıları tərəfindən Rusiya ilə ABŞ arasındakı hərbi qarşıdurmanın simulyasiya modeli hazırlanıb.
 
Amerikalı tədqiqatçılar həyata keçirilmiş modellərin sayı və digər mümkün ssenarilər barədə məlumat verməyiblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00