Cümə, 17 May

Deputatlarsız keçirilən toylar- SORĞU

image

Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən etibarən müəyyən  şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin keçirilməsinə icazə verilməsi haqqında qərar verib. Sual yaranır ki, toyların təşkil olunması koronavirusa yoluxma sayında artıma səbəb ola bilərmi və vətəndaşlar qaydalara riayət edirlərmi?

Deputatlar mövzu ilə bağlı fikirlərini bölüşüblər, vətəndaşlara vaksinasiyadan keçməyi və qaydalara riayət etməyi tövsiyə ediblər.

Parlamentin üzvü Cavid Osmanov vətəndaşları koronavirusdan xilas olmaq üçün qoyulan qaydalara əməl etməyə çağırıb:

https://azadsoz.com/M0/1/2021/07/images/20210707_150102_1625655662_12a7a4a0fb.jpg

"İyulun 1-dən etibarən Azərbaycanda toyların təşkilinə müəyyən şərtlər daxilində icazə verilib. Dəvətnamələr gəlsə də, hələki heç bir toyda iştirak etməmişəm. Hesab edirəm ki, vətəndaşlar Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalara əməl etməlidirlər. Çünki bu xəbəri artıq bir ildən çoxdur ki, gözləyən gənc cütlüklər var idi, yəni toyların təşkilinə icazə verilməsi labüd idi. Qaydalara əməl olunmadığı təqdirdə, vəziyyət yenidən kəskinləşə bilər".

Deputat Azər Badamov bildirib ki, dünya ölkələrində koronavirus pandemiyasının yenidən kəskinləşdiyini nəzərə almaq lazımdır:

https://azadsoz.com/M0/1/2021/07/images/20210707_150052_1625655652_f2392d5bb9.jpg

“Yəni, toyların təşkilinə icazə verilsə də, qoyulan məhdudiyyətlərə əməl etmək lazımdır. Gördüyümüz kimi, COVID-19 virus infeksiyasının yeni ştammları meydana gəlir və müxtəlif ölkələrdə vəziyyəti pisləşdirir. Ona görə də, toylarla bağlı qaydalara əməl etmək vacibdir. Şərtlər daxilində toya qonaq dəvət etmək, sosial məsafəni qorumaq, dezinfeksiya olunmaq lazımdır. Əgər qaydalara riayət olunarsa, bu yoluxma sayının artımasına, yəqin ki, səbəb olmaz. Açığı, toyların təşkilinə icazə verildikdən bəri hələki toyda iştirak etməmişəm. Lakin iştirak edəcəyim halda, bir vətəndaş kimi bütün qaydalara əməl edəcəyəm".

Milli Məclisin üzvü Naqif Həmzəyev hesab edir ki, toylarda qoyulan şərtlərə əməl olunarsa, vəziyyəti stabil saxlamaq mümkündür:

https://azadsoz.com/M0/1/2021/07/images/20210707_150107_1625655667_03a7fc93c3.jpg

“Bildiyimiz kimi, toyların təşkil olunmasına yalnız müəyyən qaydalar çərçivəsində icazə verilib.  Faktiki olaraq, hazırda koronavirusa yoluxma sayında artım müşahidə edilməsə də, "Delta" "Delta+" ştammlarının qonşu ölkələrdə yayılması vəziyyətin riskli olduğunu deməyə əsas verir. Əsas təklükəli məqamın isə havalar soyuduqdan sonra, payız aylarında müşahidə ediləcəyi ehtimal edilir. Ona görə də, maksimum diqqətli olmalı, vəziyyətə məsuliyyətli yanaşmalıyıq.

Çalışmalıyıq ki, toylarda yalnız qoyulan qaydalara əməl edərək iştirak edək. Həmçinin biz normal həyatımızda da koronavirusdan qorunmaq üçün tətbiq edilən qızıl qaydalara əməl etməliyik ki, yenidən qapanmalar olmasın.

Yaddan çıxarmaq olmaz ki, koronavirusla ən yaxşı mübarizə üsulu vaksinasiyadır. Vətəndaşlar mütləq peyvənd vurduraraq özünü və ətrafındakıların sağlığını qoruya bilər. Toyda hələki şəxsən iştirak etməmişəm, amma dostlarım deyir ki, qaydalara riayət olunur. İstənilən halda ictimai qınaq olmalıdır və hər kəs məsuliyyətini dərk edərəm şərtlərə əməl etməlidir".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41