Taliban təhlükəsi böyüməyə davam edir: Bu dəfə hədəf İran oldu
Taliban təhlükəsi böyüməyə davam edir: Bu dəfə hədəf İran oldu
Əfqanıstanda gərgin vəziyyət davam edir.
Xəbər verilir ki, Taliban artıq İranla sərhəd ərazilərdən birini nəzarətə götürüb. "France-Press" agentliyinin yaydığı məlumata görə, silahlılar Əfqanıstan-İran sərhədindəki əsas sərhəd keçid məntəqəsini ələ keçirib. Taliban nümayəndələri iddia edirlər ki, artıq sərhəddə olan İslam-Kala yaşayış məntəqəsi tamamilə onların nəzarətinə keçib.
Talibanın sözçüsü isə verdiyi açıqlamada qonşu ölkələri sərhəd təhlükəsizliyindən narahat olmamağa çağırıb.
Aftafa.tv