Bazar, 19 May

Bayden ABŞ-ın Əfqanıstandakı hərbi missiyasının bitəcəyi tarixi açıqladı

image

ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-i bitəcək.

Xəbər verilir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.

"ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-i bitəcək. Əfqanıstanın gələcəyini müəyyənləşdirmək - bu ölkənin öz xalqının vəzifəsidir. ABŞ Əfqanıstan təhlükəsizlik qüvvələrinə maliyyə, texniki dəstək və Kabilə humanitar yardım göstərməyə davam edəcək" - C.Bayden bildirib.

Onun sözlərinə görə, ABŞ Əfqanıstanda vəziyyətin sülh yolu ilə nizamlanması üçün çalışacaq və bölgə ölkələri də bu nizamlanmada rol oynamalıdır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41